Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 avqust 2026-cı il tarixində Kəlbəcər şəhərində yerləşən B.Cəfərov adına 1 nömrəli tam orta məktəbin binasında Kəlbəcər və Laçın rayonları sakinlərinin qəbulunu keçirib.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən Kəlbəcər və Laçın rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
Oxşar xəbərlər
Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB
Bakıda metro şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni layihələrin icrası davam etdirilir. BAKU.WS-in məlumatına görə, paytaxtın artan nəqliyyat tələbat...