Əməkdar jurnalist Nurani dəfn edilib
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.
*** 13:00
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edir.
Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Nurani avqustun 22-si 56 yaşında uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Qalereya
Oxşar xəbərlər
Hansı bürclərin daha acgöz olduğu açıqlanıb
Astrologiyada bəzi bürclər daha çox pul, dəbdəbə, diqqət və sahib olduqlarını artırmaq istəyi ilə əlaqələndirilir. BAKU.WS xəbər verir ki, astroloji şərhlərə gö...