Bu rayonda uşaqlar üçün əyləncə atraksiyonları quraşdırılacaq

Bu rayonda uşaqlar üçün əyləncə atraksiyonları quraşdırılacaq
Sosial 167

Şahbuz Rayon İcra Hakimiyyəti uşaqlar üçün əyləncə atraksiyonlarının alınması və quraşdırılması ilə bağlı tender elan edib.

BAKU.WS-in məlumatına görə, satınalma müsabiqəsinin ümumi dəyəri 85 min 750 manat olaraq qiymətləndirilir.

Layihə çərçivəsində ərazinin hazırlanması üçün narın qum materialı və iki növ uşaq atraksiyonunun (iki və üç qülləli) alınması nəzərdə tutulur.

İki qülləli atraksiyonlar 4 ədəd, üç qülləli atraksiyonlar isə 3 ədəd olmaqla sifariş olunacaq. Hər iki növ qurğu 5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub və eyni vaxtda 10-dan 30-a qədər uşaqdan ibarət qrupların istifadəsi üçün uyğundur.

Oxşar xəbərlər

İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb

İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. BAKU.WS report-a istinadən xəbər v...

50 Sosial 09:00 15 noyabr 2025

Son xəbərlər