Bu halda səfərə çıxmaq orucu pozmur
Oruc İslamın əsas ibadətlərindən biridir və onunla bağlı hökmlər şəriət qaydaları ilə dəqiq şəkildə müəyyənləşdirilib. Bəzi hallarda isə möminlər üçün istisnalar nəzərdə tutulur. Bu istisnalardan biri də səfərlə bağlıdır.
BAKU.WS-in məlumatına görə, səfərə çıxan şəxsin orucunun hökmü tez-tez sual doğuran mövzulardandır. İslam fiqhində səfər xüsusi hal kimi qiymətləndirilir və müəyyən şərtlər daxilində müsafir olan şəxsin oruc tutub-tutmaması fərqli qaydalarla tənzimlənir.
İlahiyyatçı Fərid Abdullah BAKU.WS-ə açıqlamasında bildirib ki, səfər fiqhdə oruc məsələsinə birbaşa təsir edən hallardandır:
"Səfərdə dörd rəkətli namazları iki rəkət qılan müsafir oruc tutmamalıdır. Lakin namazını tam qılan – yəni işi səfər olan və ya səfəri günah səfəri sayılan şəxs – səfərdə də oruc tutmalıdır.
Əgər oruc tutan şəxs zöhr namazından sonra səfərə çıxarsa, həmin günün orucunu tamamlamalıdır və bu halda qəza vacib deyil. Amma zöhrdən əvvəl yola düşərsə, həddi-tərəxxüsə çatmamış orucu pozan hər hansı əməl etməməlidir. Həddi-tərəxxüs şəhərin divarlarının görünmədiyi və azan səsinin eşidilmədiyi məsafədir.
Bir şəxs bir il ərzində altı ay və ya iki il ərzində üç ay davamlı səfərdə olmağı planlaşdırarsa, yaxud həftədə üç gün, ayda azı on gün səfərdə olarsa və ya on dəfə səfər edərsə, kəsirus-səfər (çox səfər edən) hökmündə sayılır. Lakin həftədə bir gün səfərdə olmaq bu kateqoriyaya daxil edilmir."
İlahiyyatçı qeyd edib ki, müsafirin namaz və oruc məsələləri geniş fiqhi mövzudur və dəqiq hökm üçün din xadimlərinə və mötəbər fiqh mənbələrinə müraciət etmək tövsiyə olunur.
Oxşar xəbərlər
Azərbaycanda cərimələr yenidən artırılacaq? - VACİB AÇIQLAMA
"Ölkədə bəzi cərimələrin artırılması ilə bağlı müzakirələrin aparıldığı iddia olunsa da, hazırda bununla bağlı Milli Məclisə yeni qanun layihəsi təqdim olunmayı...