Bu ay Ağdamın Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti başlayacaq
Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.
E.Hüseynov həmçinin gələn ilin sonuna kimi, Ağdamın daha 2 kəndində bərpa işlərinin aparılması barədə də konfrans iştirakçılarına məlumat verib:
"Ağdam rayonunda həm Baş Qərvənd kəndində, həm Eyvazxanbəyli kəndində tikinti işlərinə bu ay start veriləcək. Biz 2026-cı ilin sonun qədər bu kəndlərdə də bərpa işləri yekunlaşdıracaq və əhalinin köçürülməsini təmin ediləcəyik".
Oxşar xəbərlər
Bakı və Abşeronda bir neçə ünvanda işığın verilişində fasilə yaranıb
Bakı və Abşeronda bir neçə ünvanda işığın verilişində fasilə yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat...