Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.
Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.
***16:38
Azərbaycanın bəzi rayonlarında yanvarın 28-də güclü külək əsəcək.
BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Qeyd edilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Masazırda təhlükə saçan bitişik evlər - İcra hakimiyyəti icazə verib?
Masazır qəsəbəsində fərdi yaşayış evlərinin bir-birinə həddindən artıq yaxın məsafədə tikilməsi ciddi təhlükə riski yaradır. Qonşu evlərin divarları, demək olar...