Bazarda bəzi məhsullar ucuzlaşıb
Paytaxt bazarlarında bəzi məhsulların qiymətində enmə müşahidə edilir.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, ötən həftə kiloqramı 5 manata satılan qazax və şəmkir pomidoru bu gün 3 manat 50 qəpiyə təklif edilirdi. Amma mövsümü olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Çünki ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsullar daha ucuz idi. Hazırda bazarlarda üç manatdan aşağı pomidor, iki manatdan ucuz xiyar tapmaq mümkün deyil.
Həm satıcılar, həm də alıcılar ötən illə müqayisədə tərəvəzlərin qiymətində iki üç dəfə artım olduğunu deyirlər.
Alıcılar arasında qiymətdən razı qalanlar da, gileylənənlərlə də var.
Kartofun kiloqramı isə 1,5-2 manat arasında dəyişir. Yenisi 4 manatdır. Soğan bazarda 80 qəpik -1 manata, göyərtinin 1 dəsti 10 qəpiyə, bibərin ədədi 30 qəpiyə, kiloqramı isə 2 manata təklif olunur.
Satıcılar deyirlər ki, havalar istiləşdikcə qiymətlərdə enmə müşahidə olunacaq.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxı şəhərində fəaliyyət göstərən sosial tikiş müəssisəsinə baş çəkibl...