Bakıda su xəttində baş vermiş QƏZA aradan qaldırıldı
Ünvanda su xəttində qəza baş verib, Sabunçu Sukanal İdarəsinin qəza briqadası əraziyə cəlb edilib, axıntının qarşısı alınıb, xətt bərpa edilib.
Bu barədə BAKU.WS-ə ADSEA-nın mətbuat xidmətindən bildirilib..
***11:17
Bakı şəhəri, Zabrat qəsəbəsində içməli su xəttində qəza baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Məlumata görə, 118A nömrəli marşrut xəttinin son dayanacağı yaxınlığında yerləşən su borusu artıq 10-15 gündür ki, partlamış vəziyyətdə qalır və içməli su küçəyə axır.
Sakinlərin bildirdiyinə görə, sözügedən ərazidə bir müddət öncə Su İdarəsinin əməkdaşları təmir işləri aparıblar. Lakin işlər yarımçıq saxlanılıb.
Məsələ ilə əlaqədar aidiyyatı quruma məlumat verilib.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Ən bahalı torpaqlar haradadır? - Regionlar üzrə qiymət fərqləri
"Regionlarda torpaq bazarında da qiymət artımı müşahidə olunur. Hazırda ən bahalı torpaq sahələri turizm və iqtisadi aktivliyin yüksək olduğu şəhərlərdə qeydə a...