Bakıda avtobuslarla bağlı həll edilməsi VACİB OLAN MƏQAMLAR

Bakıda avtobuslarla bağlı həll edilməsi VACİB OLAN MƏQAMLAR
Foto Açıqlama
Sosial 82

Paytaxtda şəhər nəqliyyatında təlimlərin və koordinasiyalı fəaliyyətin vacibliyi mühümdür.

BAKU.WS-in məlumatına görə, nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, layihələrin uğurlu icrası üçün yalnız texniki işlər deyil, onun fəlsəfəsini və məqsədini dərk etmək də əsas şərtdir:

"Bu baxımdan təlimlər, layihədə iştirak edən bütün maraqlı tərəflərin - o cümlədən dövlət qurumlarının eyni məqsəd ətrafında birləşməsinə xidmət edir".

R.Ağamirzəyev qeyd edib ki, ayrılmış avtobus zolağının çəkilməsi sadəcə xəttin çəkilməsi ilə yekunlaşmamalıdır:

"Onunla paralel şəkildə "yaşıl dalğa" sisteminin tətbiqi, avtobusların svetoforlarda daha az dayanması, dayanacaqlar arası məsafənin optimal seçilməsi, səkiyə baryersiz və rəvan keçidlərin qurulması da həyata keçirilməlidir.

Kassel bardurlarının quraşdırılması avtobusların səkiyə maksimum yaxınlaşmasını təmin edir və bu da inklüzivliyin artırılmasına xidmət edir. Eyni səviyyəli piyada keçidlərinin artırılması, anti-ciblərin təşkili (parklanma ilə dayanacaq zonasının fiziki ayrılması), səki və keçidlərin zəbtə qarşı qorunması, svetofor və işıqlandırma sistemlərinin təkmilləşdirilməsi, iki və daha çox zolaqlı küçələrdə təhlükəsizlik adacıqlarının yaradılması və zolaqların ensizləşdirilməsi kimi tədbirlər şəhər təhlükəsizliyini əhəmiyyətli dərəcədə yüksəldir".

Ekspert əlavə edib ki, uşaq bağçaları, məktəblər və xəstəxanalar önündə "Berlin yastıqları"nın quraşdırılması və bu məntəqələrə yaxın ictimai nəqliyyat dayanacaqlarının yaradılması həm əlçatanlığı, həm də təhlükəsizliyi artırır:

"Küçə infrastrukturu üzrə nəticə yalnız bir qurumun fəaliyyəti ilə məhdudlaşmır - bu, bir neçə dövlət qurumunun vahid və koordinasiyalı əməkdaşlığını tələb edir. Təlimlər bu koordinasiyanın təməlini qoyur".

Oxşar xəbərlər

Həkim pasiyenti yanlış əməliyyatla şikəst edib? - İDDİA

Həkim pasiyenti yanlış əməliyyatla şikəst edib? - İDDİA

Dizindən endoprotez əməliyyatı olunan şəxs iddia edir ki, paytaxtdakı özəl klinikaların birində işləyən travmatoloq onu səhv əməliyyat edib. BAKU.WS Xəzər TV-yə...

14 Sosial 23:44 27 oktyabr 2025

Son xəbərlər