Bakıda avtobus zolaqları ilə bağlı YENİ AÇIQLAMA

Avtobus zolağında qırıq xətt nişanı olmadığından, sürücülər zolağın sonundan dönməli olurlar. Paytaxtın əksər küçə və prospektlərindəki avtovbus zolaqlarında bu cür vəziyyət var.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyir ki, avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin dönmə əməliyyatı etməsi üçün müvafiq nişanlama xətti olmalıdır.
Ekspert bildirib ki, sözügedən nişanlama xəttinin olmaması bəzən digər nəqliyyat vasitələrinə cərimə tətbiq edilməsinə səbəb olur.
Aslan Əsədov bildirib ki, bu səbəbdən həmin ərazilərdə monitorinqlər aparılıb yeni nişanlar çəkilməlidir.
Məsələyə Yerütsü Nəqliyyat Agentliyi də münasibət bildirdi.
O da bildirildi ki, avtobus zolaqları ictimai nəqliyyat xidmətlərinin yaxşılaşdırılması üçün ən sadə, lakin ən vacib elementlərdən biridir. Bu zolaqların təşkili avtobusların intervallara uyğun olaraq vaxtında çatmasını təmin etməklə yanaşı, onların istismar xərclərini azaltmağa da imkan verir.
Oxşar xəbərlər
İnsanlar niyə saxta evliliyə gedirlər?
Sosial şəbəkələrdə pul qarşılığında saxta evlilik təkliflərinə rast gəlinir. Bəzi şəxslər xarici ölkədə yaşamaq üçün saxta rəsmi nikah təkliflərini qəbul edirlə...
