"Azpetrol" şirkəti ağacəkmə aksiyası keçirib
"Azpetrol" şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə oktyabr ayının 24 - də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Bakının Müşfiqabad ərazisində təşkil olunan ağacəkmə aksiyasında "Azpetrol" şirkətinin rəhbərliyi və əməkdaşları iştirak edib.
Müşfiqabad qəsəbəsinin ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan 100 ədəd Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.
Azpetrol - Daim İnkişafa Doğru!
Oxşar xəbərlər
İcbari sığorta ilə özəl klinikalara müraciət edənlər üçün YENİ XƏBƏR
İcbari tibbi sığorta çərçivəsində vətəndaşların özəl tibb müəssisələrinin xidmətlərindən istifadə imkanlarının gələcəkdə genişləndirilməsi nəzərdən keçirilir. İ...