Azərbaycanda istiqraz bazarının təkrar seqmenti avtomatlaşdırılır
Bu ilin sonuna qədər "Bakı Fond Birjası" QSC (BFB) istiqraz bazarının təkrar seqmentinin avtomatlaşdırılması istiqamətində yeni funksiyanı işə salacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
Onun sözlərinə görə, həmin funksionallıq istənilən investora öz brokeri vasitəsilə birbaşa təkrar bazarda ticarət etməyə imkan verəcək.
"Düşünürəm ki, bu, istiqraz bazarının, xüsusilə korporativ istiqraz bazarının və korporativ istiqrazlar üzərində repo bazarının canlanmasına çox böyük dəstək olacaq", - deyə sədr əlavə edib.
Oxşar xəbərlər
Bakıda sürücülər üçün 40 manatlıq "tələ"
Bakıda yol xətlərinin silinməsi və yenidən çəkilməsi zamanı yaranan çaşqınlıq sürücünün cərimələnməsinə səbəb olub. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraci...