Azərbaycanda baş verən zəlzələlərlə bağlı Qurban Yetirmişlidən AÇIQLAMA
Bu gün səhər saatlarında Şamaxı və Ağsu rayonlarının sərhədində, Pirqulu stansiyasından 12 km cənubda 3.8 maqnitudalı zəlzələ olub.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, qeydə alınan yerli təkanlar narahatlığa yol açmır:
"Bu gün baş verən zəlzələ güclü hesab edilmir. Ümumiyyətlə, ölkəmizdə hər gün yerli təkanlar qeydə alınır, lakin onlardan bəziləri hiss olunur, bəziləri isə yox. Son günlər baş verən zəlzələlərdə də heç bir qorxulu hal yoxdur. Bu yeraltı süxurlarda gərginliyin artması və nəticədə ortaya çıxan prosesdir. Ümumiyyətlə ölkəmizdə altı baldan yuxarı zəlzələ gözlənilmir. Yəni katastrofik zəlzələ ehtimalı bizdə yox dərəcəsindədir. Son zamanlar baş verən zəlzələlər də daha çox seysmik ərazilərdə qeydə alınır ki, burada da təhlükəli heç bir hal yoxdur".
Qeyd edək ki, bir neçə gün öncə Şamaxı və Biləsuvar rayonlarında da zəlzələ baş verib.
Oxşar xəbərlər
Bu ərazidə qaz təchizatı dayandırılacaq
Sabah Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq. BAKU.WS xəbər verir ki, rayonun Xırmandalı kəndində yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmalar...