Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq
Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması üzərində iş aparır.
BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalı bildirib.
Onun sözlərinə görə, iki ölkənin icbari sığorta büroları arasında imzalanmış razılaşma əsasında avtomobil nömrələrinin qarşılıqlı tanınması istiqamətində addımlar atılıb: "Artıq belə bir sistem qurulur ki, Türkiyə dövlət nömrə nişanı ilə Azərbaycana daxil olan və ya əksinə, Azərbaycan nömrəsi ilə Türkiyəyə keçən avtomobil avtomatik tanınsın. Bu, həm fırıldaqçılıq hallarının qarşısını alacaq, həm də qəza zamanı ödənişlərin daha sürətli həyata keçirilməsinə imkan verəcək".
Ö. Obalı qeyd edib ki, bu prosesin başa çatdırılması iki ölkə arasında sığorta xidmətlərinin daha sıx inteqrasiyasına və vətəndaş məmnuniyyətinin yüksəlməsinə şərait yaradacaq.
Oxşar xəbərlər
Kamran Əliyev Şəkidə vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev avqustun 25-də, saat 10:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Oğuz, Qəbələ rayon və Mingəçevir şəhər sakinlərinin...