SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı sakinlərini narahat edən problemlərdən biri də məişət tullantılarının daşınması ilə məşğul İcra Hakimiyyətlərinə məxsus zibil maşınlarıdır.

BAKU.WS xəbər verir ki, zibil maşınlarının pik vaxtlarda, sıxlıq yaranan zaman küçələrə daxil olması, eyni zamanda məişət tullantılarının aparılması zamanı ərazidə dözülməz qoxu və çirkabların yaranması vətəndaşları ciddi narahat edir.

Narazı vətəndaşlardan biri ötən gün BAKU.WS-in "qaynar xətt"inə şikayət məktubu göndərərək üzləşdiyi problemi qeyd edib. Belə ki, vətəndaşın göndərdiyi foto və videolardan görünür ki, məişət tullantılarının atıldığı qutuların ərazisində dözülməz vəziyyət hökm sürür. Qeyd olunan problem Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal Paşayev küçəsi 52 ünvanında "Tərlan" şadlıq sarayının yaxınlığında hökm sürür.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Binəqədi rayonununun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə monitorinq keçirilib. Yoxlama nəticəsində Binəqədi rayonunun Xocasən, Binəqədi və 28 May qəsəbələrində sanitar təmizlik sahəsində nöqsanların olduğu aşkarlanıb.

Aşkar edilən çatışmazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilib, bir sıra məsul işçilərə xəbərdarlıqlar edilib və qısa müddət ərzində yol verilən nöqsanların aradan qaldırılması tapşırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov BAKU.WS-ə bildirdi ki, Bakıda məişət tullantılarının daşınması işi ilə məşğul olmaq üçün bəlli qrafik mövcuddur: "Avtomobillər eyni vaxtda hər yerdən məişət tullantılarını yığa bilməzlər. Hərçənd bizdə maddi texniki baza yüksək səviyyədədir. Lakin bu işin təşkili üçün qrafik var və ona uyğun şəhər ərazisində məişət tullantılarının yığılması ilə məşğul olunur.

Bakıda elə küçələr var ki, orada təmizlik işləri səhər 05:00-da başlayır. Amma digər küçələr də mövcuddur ki, orda işlər 10:00-dan start götürür. Əslində əməkdaşların özlərinin də ürəyindən deyil ki, pik vaxtlarda əraziyə çıxsınlar. Çünkli böyük maşın, küçələrdə mümkün tıxac bu işə ciddi maneə törədir. Həmin küçələrdəki zibilqutularının götürülməsi böyük əziyyət hesabına başa gəlir".

Mətin Hüseynov əlavə edib ki, bəzi küçələrdən gündə 3 dəfə zibillər daşınır: "Bir sözlə işlər qrafikə uyğun görülür. Hansı küçədə sıxlıq daha azdırsa, orada zibil qutularının boşalması prosesi həyata keçirilir. Bəzi küçələr var ki, orada gündə 3 dəfə zibillər daşınır. Bu səbəbdən birmənalı demək olmur ki, hansısa küçədə niyə bu vaxt zibillər yığışdırılır.

Bizim üçün məişət tullarının yığılması ilə əlaqədar ən əlverişli vaxt axşam və geca saatlarıdır. Lakin Bakı şəhəri gün-gündən böyüdüyündən zibillərin yalnız gecə saatlarında toplanması qeyri-mümkündür. Biz bir gün ancaq gecə saatlarında bu küçələrə çıxsaq, gündüz saatlarına bu küçələrdə zibillər dolub-daşar. Hər şey zibil qablarının dolma vaxtından asılıdır. Biz çalışırıq ki, iş elə təşkil olunsun ki, heç yerdə zibil qutuları dolub daşmasın".

Orxan Hüseyn
BAKU.WS
VİDEO

QALEREYA