Bu il doğulan körpələrdən 1 608-i əkiz, 57-si isə üçəmlərdir.

Bu barədə BAKU.WS-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,7 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1 000 kişiyə 1 002 qadın düşür.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun ayları ərzində 59 356 doğulan körpə qeydə alınıb.

BAKU.WS