“Space” telekanalının yayımı dayandırılacaq

“Space” telekanalının yayımı dayandırılacaq
Sosial 1804

Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

MTRŞ-dan BAKU.WS-ə verilən məlumata görə, iclasda 20 – 31 iyul 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

23 iyul 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Oxşar xəbərlər

“Xəzər” və ARB telekanalının yayımı bir saatlıq dayandırılacaq

“Xəzər” və ARB telekanalının yayımı bir saatlıq dayandırılacaq

Milli Televiziya və Radio Şurasının iclası keçirilib. BAKU.WS xəbər verir ki, iclasda həmçinin 7-10 may tarixlərində ümum-ölkə televiziya kanallarının monitorin...

433 Sosial 19:51 14 may 2020

Son xəbərlər