SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Martın 5-dən etibarən Qazaxıstandan koronavirus infeksiyasının (COVID-19) yayıldığı ölkələrə uçuşların sayı azaldılacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/82009


Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/82014

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus epidemiyasına 50-dən çox ölkədə rast gəlinib və bu günə kimi 3048 insan dəhşətli virusdan həyatını itirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/82021

Martın 10-dan etibarən 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna onlayn qeydiyyat aktivləşdiriləcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/82032

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər tarixi müəyyənləşib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/82037

Ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/82041

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/82042

Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkildə davamlı olaraq pozulması halları intensivləşib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/82054

Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/82060

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/82061

BAKU.WS