SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır.

BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahının koronavirusla bağlı keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, onlardan 12-si İran, biri İtaliya, 7-si isə digər ölkə vətəndaşlarıdır:

"Hazırda onların müayinə cavabları gözlənilir".

Koronavirus aşkarlanan şəxsin durumuna gəlincə, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib ki, o, dərhal karantin məntəqəsinə aparılıb və xüsusi boks şəraitində saxlanılır. Onun sözlərinə görə, həmin şəxsin durumu stabildir, vəziyyətində ağırlaşma yoxdur.

BAKU.WS