SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Kliniki Tibbi Mərkəzdən bildirilib ki, fevral ayının 7-si üçün yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar.

Həmin tibb müəssisəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

BAKU.WS