SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsü Bərdə gəncləri tərəfindən davam etdirilib.

BAKU.WS xəbər verir ki, gənclər rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinin evinə baş çəkiblər.

Xatırladaq ki, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər.

Ev sahibi öz həyat hekayəsini gənclərlə bölüşüb.

Bərdə gəncləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan yaşıdlarını #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

BAKU.WS
QALEREYA