SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaponiya “Henley Passport Index” pasportlar reytinqində birinci yerdə qərarlaşıb.

BAKU.WS “Qafqazinfo”ya istinadən məlumatına görə, bu ölkənin vətəndaşları düz 191 ölkəyə vizasız səyahət edə bilərlər.

Yaponiya bu reytinqdə artıq üçüncü ildir ki, liderliyini qoruyub saxlayır.

İkinci yerdə Sinqapur, üçüncü yerdə isə Almaniya ilə Cənubi Koreya yer alıb. Bu ölkələrin vətəndaşları müvafiq olaraq – 190 və 189 ölkəyə vizasız

İlk onluğa Finlandiya, İtaliya, Danimarka, Lüksemburq, İspaniya, ABŞ və Böyük Britaniya da daxil edilib.

Reytinqdə ümumilikdə 107 ölkə yer alıb. Azərbaycan 76-cı yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səyahət edə bilərlər.

BAKU.WS