SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu günlərdə sosial şəbəkədə üzərinə "Atan bir kişi olmayıb, sən olarsan İnşallah" yazılı tortun görüntüləri yayılıb. İstifadəçilərin buna münasibəti fərqli olub. Bəziləri valideynin bu hərəkətini tənqid edib, bəziləri ona haqq qazandırıb. 

BAKU.WS məsələnin ciddiliyini nəzərə alaraq ekspertə müraciət etdib və tip halların ictimailəşməsinin cəmiyyətə, ailə sisteminə, xüsusən də uşaq və digərlərinə təsirlərini araşdırıb. 

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova BAKU.WS-ə bildirib ki, bu tip hallarda ən çox ziyan görən azyaşlılar olur:

"Burada iki məsələ var bir cəmiyyətə vurulan zərbə, bir də uşağa verilən travma. Birinci zərbə ictimai qınaqla aradan qalxa bilər. Ümumiyyətlə cinslərin bir-birinə qarşı bu formada qısnama, aşağılama, qisas və s. metodlarının əleyhinəyəm.

Lakin birinci zərbənin təbiyəvi tərəfi də ola bilərdi. Əgər düzgün mesaj qoyulsaydı. Əgər ata öz övladına sahib çıxmırsa, biganədirsə, yaxud məsuliyyət hissi mövcud deyilsə, uşağın iştirakı olmadan ona aşğılayıcı metodlarla yox, fərqli bir qınaq kampaniyasının təşkili pis olmazdı.

Təəssüf ki, burda həmişəki kimi uşaqdan alət kimi istifadə etmək, onun şüuruna neqativ kişi obrazı yeritmək çox ziyanlı və ciddi fəsad törədəcək bir yanaşmadır. Əfsuslar olsun ki, insanlar bir-birilə münasibətindəki çatı uşaqla doldurmaqda davam edir. Uşaq birləşdirici yox, istifadəci vasitə kimi istifadə edilir".

Mehriban Zeynalova hesab edir ki ki, bu cür videolar uşaqların gələcəyi üçün böyük travma və cinslərə qarşı münasibətdə nifrət hissi təbliğ edir:

"Beləliklə bəzi hallarda bu addımlar daha ağır fəsadlarla nəticələnir. Uşaqlarda kin, aqressiya, natmamalıq komleksi, həsəd, nifrət, bəzi hallarda isə cinsi orentasiya məsələsinə kimi gətirib çıxara bilər.

Valideyn anlamalıdır ki, o davranışı ilə qəhrəman yox, məğlub olur. Odur ki valdeynlər bir-birinə qarşı nifrətini bu formada təzahür etməməlidir. Əksinə dünyaya övlad bəxş etdiyinə görə hər iki tərəf uşağın yanında qarşı tərəfi hörmətlə anmalıdır, əgər doğurdanda uşaqlarını sevirlərsə".

Orxan Hüseyn
BAKU.WS
VİDEO