SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 3-də ayrı-ayrı vaxtlarda Qazax rayonunda qaz təchizatında fasilələr olacaq.

Bu barədə BAKU.WS Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, saat 14:00-dan 16:00-dək 2 saat müddətinə Qaz İxrac İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən Qazax şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Saat 14:00-dan 18:00-dək isə “Qazax” ölçü qovşağından qidalanan qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi, cari təmir-bərpa işlərinin yerinə yetirilməsi məqsədilə Qazax şəhərinin bir hissəsi və digər 4 yaşayış məntəqəsində də qazın verilişində fasilələr yaranacaq.
BAKU.WS