SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

BAKU.WS xəbər verir ki, Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70803 


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 15 sentyabr -15 oktyabr "Diqqət Uşaqlar" təhlükəsizlik ayı çərçivəsində silsilə tədbirləri davam edir.

BAKU.WS
xəbər verir ki, bu gün Bakı şəhəri, Nəsimi rayonu, 266 nömrəli orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/70794 


Sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb. 

SOCAR-dan "Report"a verilən məlumata görə, qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70785 


Borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib.

BAKU.WS
xəbər verir ki, 9 saylı Binəqədi ikinci seçki dairəsindən seçilən R.Cəbrayılovun mandatı ləğv edildikdən sonra onun əvəzinə yeni deputat təyin olunacaq. 

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/70786 


Ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlılar haqqında dəqiq və ətraflı məlumat verən şəxsə 1000 ABŞ dolları, əsir götürülmüş şəxsin üçüncü ölkə vasitəsi ilə Azərbaycana veriləcəyi təqdirdə 10.000 dollar pul ilə mükafatlandırılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "ASASMedia" məlumat yayıb. Bildirilir ki, mükafat şirkət tərəfindən veriləcək. 

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/70776 


Bakının Nəsimi rayonunda kobud qayda pozuntusu yolda tıxaca səbəb olub.

BAKU.WS
xəbər verir ki, “28 Mall”ın qarşısında “Range Rover” markalı maşın yolun əks istiqamətində hərəkət edərək yol hərəkəti qaydasını pozub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70746 


Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/70748 

BAKU.WS