SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək. 

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, buna səbəb aparılan təmir işləridir: "Ona görə də 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mikrorayon dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək hərəkət istiqaməti dəyişdiriləcək.

Avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək".
BAKU.WS