SİZİN REKLAM BURADA!
055 213 76 73


Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Şəlalə Şahvələdqızına ev hədiyyə edib.

BAKU.WS
xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb:

"Göstərdiyi diqqətə və qayğıya, məni iki otaqlı mənzillə təmin etdiyinə görə Azərbaycanın birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm.

Əziz və sevimli Mehriban xanım, Siz, mənim illər uzunu ən böyük problemimi - evsizliyi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram.

Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar. Hamınızın arzularınıza çatması diləyi ilə".
BAKU.WS