SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhər İcra Hakimiyyəti paytaxtda fəaliyyət göstərən sahibkarlara və iş adamlarına öz obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması ilə bağlı müraciət edib.

Bu barədə “Yaşıl Bakımız” təşəbbüs qrupundan BAKU.WS-ə məlumat verilib.

Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər şəhərimizin daha da gözəlləşməsinə xidmət edəcək.

Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş bir çox şəhərlərin təcrübəsində sahibkarlar tərəfindən obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcuddur.

Bakı Şəhər Yaşıllaşdırma Departamenti hamını bu nəcib işlərdə fəal olmağa çağırır.
BAKU.WS
QALEREYA