SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

BAKU.WS Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti dəyişdirilib.

Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər.

Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvəddədir.
BAKU.WS