SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bərk və qarışıq tullantıların təkrar emalı üçün Almaniya və Rusiya şirkətinin birgə istehsalı olan 1540 tullantı konteyneri gətirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilb.

Verilən məlumata görə, ilkin olaraq konteynerlərdən 1200-ü rayonlar üzrə paylanılıb.

Birinci mərhələdə həmin konteynerlər Nərimanov, Nəsimi, Səbail və Yasamal rayon icra hakimiyyətlərinə təhvil verilib. İkinci mərhələdə isə konteynerlər daha 3 rayona paylanılıb. Yaxın günlərdə əlavə olaraq 110 konteyner Bakıya gətiriləcək. Ayın sonuna qədər isə daha 125 konteyner Almaniyadan alınacaq.

Bildirilir ki, getdikcə onların sayı artırılacaq.

BAKU.WS
QALEREYA