Bakıda 162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın anası Sevil Hüseynovaya torpaq təklif olunub.

Bu barədə Sevil Hüseynovanın anası BAKU.WS-ə açıqlamasında bildirib. O, vurğulayıb ki, məktəb direktoru Sevinc Abbasova qızına Badamdarda torpaq sahəsi təklif edib. Torpağı isə qadının susması müqabilində təklif edib.

“Biz həmin torpağı qəbul etmədik. Başqa heç nə danışmaq istəmirik. Hazırda istintaq gedir, inanırıq ki, araşdırmalardan sonra ədalətli qərar veriləcək”,- deyə Sevil Hüseynovanın anası bildirib.

Qeyd edək ki, aprelin 4-də Elina Hacıyeva özünü oxuduğu 162 saylı məktəbin pəncərəsindən atıb. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Elina aprelin 6-da dünyasını dəyişib.

Onun ölümündən əvvəl isə hadisə baş verən məktəbin direktoru Sevinc Abbasova qızın ailəsi və özü haqqında xoşa gəlməyən fikirlər səsləndirib.

Ötən gün isə istintaq müddəti bitənə qədər direktor müvəqqəti olaraq vəzifədən kənarlaşdırılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ