VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda üçəm doğulub.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Qusar rayonunda qeydə alınıb.

Bu gün səhər saatlarında Qusar rayon Mərkəzi Xəstəxanasında uba sakini olan 36 yaşlı 1-ci Nügədi kənd sakini, İlahə Həsənşah qızı Mirzəyeva 3 oğlan uşağı dünyaya gətirib.

Uşaqların çəkisi 2 kq 800, 2 kq 700 və 1 kq 800 qramdır. Körpələr vaxtında doğulublar. Onların və ananın vəziyyəti yaxşıdır.

Qeyd edək ki, İlahə Mirzəyevanın bundan əvvəl bir qızı dünyaya gəlib. Onun 3 yaşı var.

Ziya SƏCCAD
BAKU.WS