SİZİN REKLAM BURADA!
055 213 76 73


  
Bakıda Azərbaycan neftçilərinin xatirəsinə ucaldılan abidə aşkarlanıb.
 
BAKU.WS xəbər verir ki, bu barədə redaksiyamıza Zaur Yakubov bildirib. Onun sözlərinə görə, atası abidənin ərsəyə gəlməsinə nəzarət edən təşkilatçılardan biri olub və 26 Bakı komissarı adına (Səbayıl) rayonun icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb. 

"Neftçinin əli" adlı bu abidə Səbayil rayonun 20-ci sahə deyilən ərazisində yerləşir. Abidənin təntənəli açılışı 1978-ci ildə olub. Abidənin müəllifi və memarları haqqında dəqiq informasiya yoxdur. Amma Zaur Yaqubov bildirir ki, abidə onun atasının rəhbərliyi altında ucaldılıb. 

Qeyd edək ki, jurnalist İlhamiyə Rza sosial şəbəkədə öz səhifəsində "Günəşli" yatağında həlak olanların xatirəsini anmaq üçün bu abidənin qarşısına gül qoymağı təklif etmişdi 

F.M
BAKU.WS