SİZİN REKLAM BURADA!
055 213 76 73



Artıq istənilən yerdə siqaret çəkmək mümkün olmayacaq. Dekabrın 29-dan qüvvəyə minən "Tütün məmulatlarının istifadəsini məhdudlaşdırılması haqqında" qanunu pozanlar 30 manatdan 1000 manata qadər cərimələnəcək.

BAKU.WS xəbər verir ki, millət vəkili Qənirə Paşayeva ATV-yə açıqlamasında bildirir ki, bu qanunun həyata keçirilməsində qapalı məkanlar, ictimayi yerlərin sahibləri fəal olmalıdır:

"Əgər onlar fəal olsalar cərimələrə heç ehtiyyac da qalmaz. Cərimələr, bu qanunun həyata keçirilməsinə nəzarət etmək istəməyən obyekt sahiblərinə şamil olunacaq. Qəlyandan istifadə etmək istəyən insanlar üçün kabinetlər yaradılacaq. Onlar buyurub gedib orada qəlyan çəkə bilərlər. Amma hamının içərisində insanları zərərli təsirlərə məruz qoymaq düzgün deyil. Bunun qarşısı alınacaq".

Artıq restoran və kafelərdə siqaret çəkilməsini qadağa edən işarələr vurulub. Siqaret çəkənlər üçün isə xüsusi yerlər ayrılıb.

Tütün məmulatlarından sulu qəlyan və elektron siqaretdən istifadəyə qoyulan qadağalar bu yerlər üçün keçərlidir: 

Təhsil və tərbiyə müəssisələri, onların əraziləri, Səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq), Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla), İdman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, Restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla, ticarət obyektləri, məişət obyektləri, Sosial xidmət müəssisələri, Yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir), teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri, uşaq meydançaları, yerüstü qapalı və yeraltı piyada keçidləri, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər, metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları, hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla).

Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla), tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər, taksofonlar, yanacaqdoldurma məntəqələri.

O cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə tütündən istifadə qadağan ediləcək. Həmçinin maddədə qeyd edilib ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir. Tütün çəkmək üçün ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.

BAKU.WS