SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında" qanuna eyni məzmunlu dəyişiklik layihəsi müzakirə olunub.

BAKU.WS-in məlumatına görə, layihələr barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihəyə əsasən avtomobillərin parklanması ilə bağlı "müddətin bitməsinə 1 saat qalmış" sözləri "müddət bitdikdən sonra 1 saat ərzində" sözləri ilə əvəz edilir.

Layihələr səsə qoyularaq qəbul olunub.

BAKU.WS