SİZİN REKLAM BURADA!
055 213 76 73



Avstraliyanın nüfuzlu turizm saytı Bakını “Party keçirmək üçün ən uyğun 10 şəhər” siyahısına daxil edib.

BAKU.WS traveller.com-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan neft ölkəsi kimi təqdim olunaraq, Bakı turistlərin ən yaxşı parti keçirə biləcəyi şəhər kimi göstərilib.

Məqalədə bildirilib ki, Bakıda 1990-cı ildən sonra neft istehsalı sürətlə inkişaf edib. Qeyd olunub ki, Xəzər dənizinin sahilində yerləşən bu şəhərdə gecələrin partilər, əyləncələrlə bol olması islam ölkəsi üçün adi bir haldır.

Saytda gedən yazıda ilk onluq belədir:

1.Serbiya, Belqrad
2.Kanada, Monreal
3. Buenos-Ayres, Argentina
4. Dubay, BƏƏ
5.Saloniki, Yunanıstan
6.La Pas, Boliviya
7.Keyptaun, Cənubi Afrika
8. Bakı, Azərbaycan
9. Oklend, Yeni Zenlandiya
10. Tel-Əviv, İsrail

Tuncay
BAKU.WS