SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhəri Pirallahı qəsəbəsinin içməli su ilə təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə BAKU.WS-ə "Azərsu” ASC-dən bildirilib. Məlumata görə, məhdudiyyət mayın 1-i saat 09:00-dan etibarən gün ərzində olacaq. Buna səbəb qəsəbəni içməli su ilə təmin edən Zirə-Pirallahı magistral su xətti üzərində yeni birləşmənin aparılmasıdır.
 
BAKU.WS