VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sabah Bakının Pirallahı rayonunda suyun verilişi məhdudlaşdırılacaq.
 
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri Pirallahı rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar aprelin 14-də saat 07:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
 
BAKU.WS