SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Amerika prezidentinin qızı İvanka Trampın plastik əməliyyat etdirmədən əvvəlki fotoları yayılıb.
  
BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərdə bildilir ki, Amerikanın yeni prezidentinin qızı, İvanka Tramp çox uğurlu karyeraya malik bir qadındır. 35 yaşlı İvanka özünü fotomodel, biznesvumen və yazıçı qismində sübut edib.
 
Kütləvi informasiya vasitələrinin tez-tez paylaşdığına görə, 3 uşaq anası olan İvanka çox gözəl və nümunəvi ailəyə malikdir. Bundan əlavə onu dünyanın ən gözəl və dəbli qadınlarından biri də hesab edirlər. Onun gözəlliyinə gəldikdə isə, burda yalnız təbiətin deyil, plastik cərrahların da rolu böyük olub.
 
Sizə İvanka Trampın plastik əməliyyat etdirməmişdən əvvəlki şəkillərini təqdim edirik. 

Arzu Mirzəyeva
BAKU.WS