SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Nəinki rayonlarda, hətta paytaxtda belə mavi qazın evlərə fasilə ilə verilməsi adiləşib".
 
BAKU.WS xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. O qeyd edib ki, Bakının mərkəzi rayonlarında da bəzən nəinki saatlarla, hətta bir gündən çox müddətdə mavi qaz təchizatı kəsilir. 29,367 milyard kub metr mavi qaz istehsal Azərbaycanda əhalinin qaza olan 2.75 milyard kub metrlik tələbatını ödəməkdə çətinliklərin olması anlaşılan deyil. Halbuki, yalnız SOCAR-ın illik hasilatı 6,266 milyard kub metrdir. Bu isə əhalinin mavi qaza olan tələbindən 2 dəfədən çox artıqdır. Əhalinin mavi qaz istehlakı ölkə üzrə ümumi qaz istehsalının 10 faizindən çox olmamasına baxmayaraq yenə də qaz təminatında problemlər varsa, deməli bu sahədə struktur islahatların aparılmasına ehtiyac var. Digər tərəfdən, mavi qazın təchizatında itkilərin həcminin çox olması fonunda evlərə qazın fasilələrlə verilməsi bu sahədə islahatların sürətləndirilməsini daha aktuallaşdırır.
 
BAKU.WS