SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda piyadaların istifadə etdiyi səki qanunsuz olaraq zəbt olunub.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Söhbət Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 80 ünvanında piyada səkisindən gedir.

Görüntüdən məlum olur ki, ərazi qanunsuz olaraq özəlləşdirilib və piyadaların keçidinə maneə yaradılıb.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib və Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 80 ünvanında piyada səkisinin parklanma yeri üçün qanunsuz olaraq zəbt edilməsi faktı aşkarlanıb.

Qeyd edək ki, fakt üzrə müvafiq qaydada akt tərtib edilərək ərazinin saxlanılması, qısa zamanda lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanına məlumat verilib.

Şəhərimizin görkəminin qorunmasına biganə yanaşmadığınız üçün öz təşəkkürümüzü bildiririk".

Orxan Hüseyn
BAKU.WS
VİDEO