SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib”.

BAKU.WS xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev keçirilən mətbuat konfransında deyib.

M.Babayev bildirib ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz azaldılması nəzərdə tutulub və bu barədə xüsusi proqramlar hazıranır. 2050-ci ilə qədər isə istilik effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılmasını hədəflənib.

BAKU.WS