SİZİN REKLAM BURADA!
055 213 76 73


Küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolu və Heydər Əliyev prospektində bəzi zolaqlar üzrə 20 və 40 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 13-də küləkli və qarlı hava şəraiti ilə əlaqədar bu yollarda sürət həddi 40 km/saata endirilmişdi.

BAKU.WS