SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İstirahət günlərində Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən yolun hərəkət hissəsindən keçən daha bir dəmir yolu relsi sökülüb. Bununla da həmin hissədə sökülən relslərin sayı 2-ə çatıb.
 
"Azəravtoyol” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, aparılan işlər zamanı istifadə istifadəsiz qatar relsləri sökülərək, yeri kipləşdirilib. Daha sonra həmin hissələr asfaltlanıb.
 
Qatar relsləri şəhərin mərkəzində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə sökülüb.
 
Şahin Həbibov
BAKU.WS