SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri və qazilər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, ehtiramlarını bildiriblər.

Qeyd edək ki, 12 dekabr Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım günü kimi qeyd edilir.

BAKU.WS
QALEREYA