SİZİN REKLAM BURADA!
055 213 76 73


Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib.

BAKU.WS Pressing.az-a istinadən xəbər verir ki, hadisə uçan dam örtüyünün bərpası zamanı baş verib.

Bu gün səhər saatlarında işini yerinə yetirmək üçün dama çıxan fəhlə ehtiyatsızlıqdan yıxılıb. Hündür məsafədən beton və oturacaqlara çırpılan şəxsin vəziyyəti ağırdır. O, dərhal xəstəxanaya çatdırılıb.

Stadion rəhbərliyinin təhlükəsizliyi təmin edib-etməməsi və fəhlənin hündür yerə kəndirsiz çıxıb-çıxmaması ilə bağlı mərkəzi arenanın direktoru Tələt Məmmədovla əlaqə yaratmağa çalışsaq da, o, zəngləri cavabsız qoyub.

***10:25

Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda sektorun tavanı uçub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, stadionda sektorlardan birinin tavanı qoparaq içəri düşüb.

Qeyd edək ki, dekabrın 14-də stadionda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” - “Hakken” görüşü keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

BAKU.WS
QALEREYA