SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhərində 2035-ci ildək ümumi yaşayış fondu 97 781 kv.metr, adambaşına yaşayış sahəsi isə 25 kv. m təşkil edəcək. 
"Report" xəbər verir ki, bu, Bakı Dövlət Layihə İnstitutunun hazırladığı Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma Baş Planında nəzərdə tutulub. 

Plana görə, 2035-ci ilədək paytaxtda 121 919 bina köçürülməyə məruz qalacaq. Binaların köçürülməsi səbəbləri sırasında yolların yenidən qurulması, dövlət əhəmiyyətli obyektlərin tikintisi, yaşayış ərazilərinin yenidən qurulması və s. göstərilir. 

Bundan başqa, 2035-ci ilədək Bakıda mehmanxanaların tutumunun (nömrə) 60 min, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin 81 ədəd, ali təhsil müəssisələrinin sayının 51 ədəd olacağı proqnozlaşdırılır.

BAKU.WS