SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda gələn il yaşa görə pensiyanın orta məbləği 516 manatı keçəcək.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əhaliyə edilən sosial ödənişlərə cari ilin icmal büdcəsində 10 %-lik artım olub.

“900 milyon manatdan artıq vəsait məhz bu istiqamətə yönəlib. Bunun da böyük hissəsi pensiya təminatı və digər sosial dəstək proqramlarına yönəldilir”, - deyə o əlavə edib.

BAKU.WS