SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Sumqayıt-Xıdalan-Bakı elektrik qatarında problem yaşanıb.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxi olub.

Sərnişinlərin dediyinə əsasən, səhər 08:50-da Bakıya çatmalı olan qatarın vaqonlarından birində sərnişinlərin üzərinə su damıb.

Belə ki, yol boyu su damcıları gah artıb, gah da azalıb. Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə verilən məlumata görə, problemə səbəb havalandırma sistemində yaranmış xırda nasazlıq olub.

Görüntüləri olduğu kimi təqdim edirik:

BAKU.WS
VİDEO