SİZİN REKLAM BURADA!
055 213 76 73


Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 31-də Rahid Ələkbərlinin Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin.

2. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rahid Zahid oğlu Ələkbərliyə həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

BAKU.WS